Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisinə 11 milyon manat ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr tarixində Sərəncam imzalayıb.
Sərəncamla səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.