TÖVSİYƏ XƏBƏRLƏR

Gecə bu rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 4 noyabr tarixində xəbər verir.

Noyabrın 4-ü saat 9:00-a olan məlumata əsasən, Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.

Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.