Dövlət Əmək Müfəttişliyi yanvar-iyun aylarında 441 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bu haqda iyulun 25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Görülən tədbirlər nəticəsində, 427 min manatdan çox gecikdirilən əməkhaqqı, 14 min manatdan çox sosial müavinətlər və kompensasiyalar işçilərə ödənilib.
Həmçinin 2022-ci ilin altı ayı ərzində əmək müqavilələrinə qanunsuz xitam verilən 48 işçi əvvəlki iş yerlərinə bərpa olunub.
İşçilər hüquqları pozulduğu halda “142” çağrı mərkəzinə, (012) 525 55 45 nömrəsinə, demx.sosial.gov.az elektron unvanına, həmçinin Dövlət Əmək Müfəttişliyinin Facebook və Instagram sosial şəbəkə hesablarına müraciət edə bilərlər.