Avqustun 26-da saat 14:00 radələrində Goranboyun Buzluq kəndində baş vermiş yol qəzasında Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Bu haqda Baş Prokurorluq xəbər verib.
Zaqatala rayon sakini Vahid Ərəblinskinin idarə etdiyi “Ural” markalı avtomobil dərəyə aşıb. Nəticədə sürücü dünyasını dəyişib.
Lent.az-dan verilən məlumata görə, həlak olmuş hərbçi general Balakişi Ərəblinskinin nəticəsidir.
O, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu olub.