Martın 15-də AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Gələcəyə addım – II” adlı ümumrespublika olimpiadası keçiriləcək. Bu barədə AMEA məlumat yayıb.
Məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyəsini qiymətləndirməkdir.
Mükafat fondu:
I yer – 800 AZN
II yer – 600 AZN
III yer – 400 AZN
Müsabiqənin nəticəsindən asılı olaraq həvəsləndirici (250 AZN) mükafatlar da nəzərdə tutulur.