Azərbaycanda gizli audio-video yazıların, film və foto çəkilişlərin istifadə olunması və yayılması qadağan edilib. Bu barədə dekabrın 30-da “Media haqqında” yeni qanun layihəsində dəyişiklik edilib.
Gizli audio və video yazılardan, foto çəkilişlərdən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda icazə verilir:
- Sözügedən materiallardan istifadəyə və ya onların yayılmasına şəxsin yazılı razılığı varsa, o cümlədən digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
- Məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.