TÖVSİYƏ XƏBƏRLƏR

Gömrük Komitəsinin əməkdaşı rüşvətə görə həbs edilib

Dövlət Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edilib. Bu barədə 29 avqust tarixində Baş Prokurorluq məlumat verib.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin komitədən daxil olmuş məlumat əsasında cinayət işi başlanıb.

Belə ki, Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində 13 min 500 manat məbləğində pul alması ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Adıçəkilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirib.

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”, “təkrar rüşvət alma”, “külli miqdarda rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx