4MAPS Bilgi Teknolojileri MMC tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı Google və digər xəritələr yenilənir, həmçinin 3D xəritə hazırlanır. Bu barədə 10 avqust tarixində İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Bildirilib ki, yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin və küçələrin adları Azərbaycan dilində göstəriləcək.
Qeyd edək ki, 4MAPS Bilgi Teknolojileri MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Sözügedən şirkət “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.