Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə başlanılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sentyabrın 1-də məlumat verilib.
14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun uzunluğu 16 kilometrdir. Sözügedən yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr təşkil edəcək.
Layihə çərçivəsində avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdıralacaq. Həmçinin yolun 11-ci kilometrində yerləşən iki aşırımlı körpünün təmiri də nəzərdə tutulur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.