Goranboy: anasının tanışı 11 yaşlı uşağı qətlə yetirib

Goranboy rayonunda 11 yaşlı yeniyetmə anasının tanışı tərəfindən avqustun 13-də döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb. Bu barədə Prokurorluq məlumat verib.

Avqustun 19-da ana oğlunun itkin düşməsi barədə polisə müraciət edib.

İlkin məlumata əsasən, yeniyetmə Aşura günü rayondan Gəncədəki İmamzadə məscidinə icazəsiz getdiyinə görə döyülərək öldürülüb. Daha sonra uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı bataqlığa atılıb.

Şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb.

Qətlə yetirilən uşaq autizm xəstəliyindən əziyyət çəkirdi.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Goranboy: anasının tanışı 11 yaşlı uşağı qətlə yetirib”

Tövsiyə xəbərlər