TÖVSİYƏ XƏBƏRLƏR

Goranboy sakini müəmmalı şəkildə ölüb

Goranboyda müəmmalı ölüm hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 30 oktyabr tarixində xəbər verir.

Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini, 58 yaşlı  Səməndər Həsənov qəfildən vəfat edib.

Dərhal Xocalı Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, mərhum bir gün əvvəl Goranboy rayon Erkəc kənd sakini Mübariz Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək dalaşıb.

M.Həsənov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.