Goranboyda sel əmələ gəlib. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 29 avqust tarixində məlumat verir.
Avqustun 29-u saat 16:00-a olan məlumata əsasən, Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışı ilə əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olub və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlib.