Goranboyda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə APA 13 sentyabr tarixində xəbər verib.
Rayon sakini 17 yaşlı X.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyərinin kafi olduğu bildirilir.