Goranboyda zəlzələ baş verib. Bu barədə İnsanoid Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Maqnitudası 3.8, dərinliyi 20 km olan zəlzələ episentrdə bəzi insanlar tərəfindən hiss olunub.