TÖVSİYƏ XƏBƏRLƏR

Göyçayda 15-ci Nar Festivalı keçirilib

Göyçayda ənənəvi 15-ci Nar Festivalı keçirilib. Bu barədə 11 noyabr tarixində APA məlumat verib.

Tədbirdə kompozisiyalar və folklor nümunələri nümayiş etdirilib.

Bildirilib ki, son üç ildə Göyçay rayonunda 3308 hektardan çox yeni nar bağları salınıb, yeni istehsal müəssisələri fəaliyyətə başlayıb. Ötən il Göyçayda 50 min tondan artıq nar tədarük olunub.

Bu gün saat 16:00-da Nar Festivalı çərçivəsində konsert proqramı başlayıb. Nar bayramı bu gün axşamadək və sabah davam edəcək.