Göyçayda baş verən zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bu barədə aprelin 19-da Report məlumat yayıb.
Zəhərlənmə “Zeynəb” şadlıq sarayında baş verib. İftar süfrəsinə yığışan 12 nəfərdən 10 nəfər evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.
Onlar müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıblar.
Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib.
***
11:04
Göyçay rayonunda kütləvi zəhərlənmə qeydə alınıb. Bu barədə aprelin 19-da Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Rayonun Çərəkə kənd sakinləri ötən gün iftar süfrəsinə toplaşıblar. Məclisdən sonra orada iştirak edən 10 nəfər xəstəxanaya müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib.
DİN-dən vurğulanıb ki, toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırmalara başlayıb.