Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 29 may tarixində Report məlumat verib.
Hadisə Bakı – Şamaxı – Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.
Belə ki, “Toyota Prado” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Eminov Vasif Maarif oğlu və 2004-cü il təvəllüdlü Mirzəliyev Vüsal İlqar oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.