TÖVSİYƏ XƏBƏRLƏR

Göyçayda kafedə üç nəfər bıçaqlanıb

Göyçayda kafedə kütləvi dava olub. Bu haqda noyabrın 5-də DİN-dən bildirilib.

Rayonun Cəyirli kəndi ərazisində yerləşən kafedə üç nəfər bıçaqlanıb.

Araşdırmalarla həmin vaxt kafedə rayon sakinləri – Elşad Mirzəliyevin, Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları aralamağa çalışan Aqil Yusifovun və Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub.

Qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Mirzəliyev, T.Bayramov və Z.Həsənov saxlanılıblar.

Xəstəxanaya yerləşdirilən P.Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx