Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Göyçayda narkotikə görə 3 nəfər saxlanılıb

Göyçay rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə 4 fevral tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini – Ağabala və Sadiq Əliyevlər tutulublar. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə – heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx