TÖVSİYƏ XƏBƏRLƏR

Göyçayda narkotikə görə 6 nəfər saxlanılıb

Göyçay rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb. Bu barədə 19 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Rayon sakinləri –  Samir Məmmədov, Rəşad Abdullayev, Azər Mahmudov, Qurbani Allahverdi,  Elçin Hacıyev və Şöhrət Xudiyev narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan heroin, Samir Məmmədov və Elçin Hacıyevdən isə əlavə olaraq, metamfetamin də aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub.  

Faktlarla bağlı cinayət işləri başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx