Göyçayda silahlı narkotik alverçiləri saxlanılıblar

Göyçayda silahlı narkotik alverçiləri saxlanılıblar

Göyçay rayonunda üzərlərində qanunsuz odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.

Keçirilən tədbir zamanı Bərdə rayon sakinləri – Elvin Qaraşov və Rahib Babayev saxlanılıblar.

Rahib Babayevin üzərində olan sellofan torbaya baxış keçirilərkən 2 kiloqram 165 qram qurudulmuş marixuana, 1 kiloqrama yaxın tiryək, 325 qram heroin, 97 qram metamfetamin, 1000 ədəd psixotrop tərkibli həblər, eləcə də “Baredda” markalı tapança, həmin silaha məxsus sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitələri və odlu silahı “Instagram” sosial şəbəkəsində tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşından onlayn yolla aldıqları məlum olub.

Elvin Qaraşova məxsus “Mercedes” markalı avtomobillə Bərdədən Göyçaya gələn tanışlar əvvəlcədən deyilən ərazidən narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, Elvin Qaraşov və Rahib Babayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Göyçayda silahlı narkotik alverçiləri saxlanılıblar
Foto DİN
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx