TÖVSİYƏ XƏBƏRLƏR

Göyçayın sabiq icra nümayəndəsi rüşvət almaqda təqsirləndirilir

Göyçay Rayon İcra Hakimiyyətinin sabiq nümayəndəsi Rəşad Şükürov 800 manat məbləğində rüşvət almaqda təqsirli bilinir. Bu barədə oktyabrın 27-də APA xəbər yayıb.

İttihama əsasən, Rəşad Şükürov rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxsləri ilə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

O, ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə rüşvət alıb. Məbləğin 800 min manat olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmə gedişində müxtəlif epizodlar üzrə ifadə verəcəyini deyib.

Onun barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan ev dustaqlığına buraxılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx