Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil edilib

Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil edilib

Göygöldə əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Oxu.az 21 yanvar tarixində xəbər verir.

Yeni Zod kəndi ərazisində həmin kəndin sakini Mürşüd Əliyev kafeyə gələn kişilərə orada işləyən qadınların intim xidmətini təşkil edib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M.Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M.Əliyev, eləcə də həmin kafedə işləyən bir qadın və bir müştəri saxlanılaraq Göygöl RPŞ-yə gətiriliblər”.

“Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam edir”, – deyə o qeyd edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx