TÖVSİYƏ XƏBƏRLƏR

Göygöldə avtomobil oğurlamaqda şübhəli bilinənlər saxlanılıblar

Göygöldə avtomobil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 4 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayonun Yeni Qızılca kəndindən “QAZ-31029” markalı avtomobil qaçırılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Onların həmin gecə sözügedən kənddə yerləşən mal-qara bazarından qoyun oğurlamaları da məlum olub.

Araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx