Göygöldə sel nəticəsində evləri su basıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətin istinadən bu gün, 30 avqust tarixində məlumat verir.
Yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evləri subasmaya məruz qalıb.
Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.