TÖVSİYƏ XƏBƏRLƏR

Göygöldə mağaza və aptekdən oğurluq edən şəxs saxlanılıb

Göygöl rayonundakı mağaza və aptekdən silsilə oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 18 fevral tarixində xəbər verir.

Araşdırmalar zamanı əvvəllər məhkum olunmuş Samir Əsgərovun rayonun Yeni Qızılca kəndindəki mağazadan 1900 manat pulu, aptekdən isə 2000 manat dəyərində dərman preparatlarını oğurladığı məlum olub.

Bundan başqa, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2021-ci ildə rayon ərazisində soyğunçuluq cinayəti törətməsi də məlum olub. Belə ki, S. Əsgərov aptekə daxil olaraq orada satıcı işləyən qadına zor tətbiq edərək kassada olan pulu tələb edib, lakin sonuncu müqavimət göstərdiyinə görə cinayəti başa çatdıra bilməyib.

Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktlarla bağlı Göygöl RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam edir.

Göygöldə mağaza və aptekdən oğurluq edən şəxs saxlanılıb
Foto DİN
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx