Göygöldə minik avtomobilinin iştirakı ilə avtoqəza qeydə alınıb. Bu barədə 25 yanvar tarixində İnsanoid Apa-ya istinadən xəbər verir.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.