TÖVSİYƏ XƏBƏRLƏR

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.

Bu barədə 26 may tarixində Report Daxil İşlər Nazirliyinə istinadən məlumat verib.

Baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyitləri tapılıb.

“Polis əməkdaşları dərhal hadisə yerinə gələrək, hər iki şəxsin meyitini çıxararaq müvafiq ekspertizaya təqdim ediblər. Araşdırmalar davam etdirilir”, – DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx