Bu gün, avqustun 26-da ABŞ-nin Sent Luis şəhərində “Grand Chess Tour”un 4-cü mərhələsinə start veriləcək.
Turnirdə 10 qrossmeyster rapid və blits üzrə yarışacaq. Bu gün rapid üzrə yarışların ilk 3 turu baş tutacaq. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu gün Alireza Firuzca (Fransa), Levon Aronyan (ABŞ) və Maksim Vaşye-Laqravla (Fransa) qarşılaşacaq.
Turnir avqustun 30-dək davam edəcək. Yarışın mükafat fondu 175 min dollardır.