TÖVSİYƏ XƏBƏRLƏR

Güclü külək 92 yaşayış məntəqəsini işıqsız qoyub

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib. Bu barədə Report 7 mart tarixində məlumat verib.

Küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-lıq və Düzyurd kəndində 6 ədəd 35 kV-lıq metal dayaq aşıb.

Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımi işlər aparılır.

Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşayış evinin ümumilikdə 488 kv.metr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kv.metr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağacın aşması nəticəsində 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb.

Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx