TÖVSİYƏ XƏBƏRLƏR

Güləşçilərimiz dünya çempionu olublar

Yunan-Roma güləşi üzrə azərbaycanlı idmançı Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionatının qalibi olublar. Bu barədə APA 22 sentyabr tarixində xəbər verib.

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu adını qazanıb.

31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 82 kq çəki dərəcəsində qalib olub.

İranlı rəqibi Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.