TÖVSİYƏ XƏBƏRLƏR

Günün havası: paytaxtda 39° isti gözlənilir

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal külək əsəcək.

Havanın temperaturu gecə 24-27°, gündüz 36-39° isti olacaq. Abşeron çimərliklərində şimal külək əsəcək. Dəniz suyunun temperaturu 25-27° isti olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacaq.