Gürcüstan Azərbaycan ceyranlarını qorumaq üçün tədbirlər görüb

Avqustun 7-dən Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Samux ərazisində köçəri quşların ovlanmasına qadağa qoyulub. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Ərazidə ovun aparılması ceyranların bərpası üzrə layihənin reallaşdırılmasına ciddi təhlükə yaradır. Atəş səsləri ceyranları qorxudur və onları davranışlarını dəyişərək açıq sahələrdən meşələrə qaçaraq gizlənməyə məcbur edir. Bu səbəbdən nadir heyvanların canavarlar tərəfindən məhvi asanlaşır.

2022-ci ilin martın 1-dək qüvvədə olacaq qadağanın icrasına nəzarəti Ekoloji Nəzarət Departamenti həyata keçirəcək.

2013-cü ildən etibarən Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü ilə Qafqazda Azərbaycan və Gürcüstanın iştirakı ilə ceyranların populyasiyasının bərpası üzrə layihə həyata keçirilir.

Azərbaycandan Gürcüstana 70-dən çox ceyran aparılaraq vəhşi təbiətə buraxılıb. 2013-cü ildə Samuxa 10 ceyran buraxılıb və onların sayı artıq 150-yə çatıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx