TÖVSİYƏ XƏBƏRLƏR

Gürcüstanın Baş naziri azərbaycanlıların Novruz bayramı şənliyinə qatılıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuli rayonunda təşkil edilən Novruz bayramı şənliyində iştirak edib. Bu barədə İnsanoid bu gün, 21 mart tarixində xəbər verir.

Hökumət başçısı etnoguşədə əl işləri sərgisinin təşkil edildiyi məkana baş çəkib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay ilə birlikdə Novruz tonqalı alovlandırılıb.

“Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşlarımızı, qardaş Azərbaycan və Türkiyəni, dünyanın hər yerində Novruz bayramını qeyd edənləri təbrik edirəm. Bu gün münasibətilə vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, ruzi-bərəkət, xalqımıza daha çox sevinc, sabitlik və firavanlıq arzulayıram. Mən azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc günüdür. Xalqımızın bu gün birliyə və bərabərliyə ehtiyacı var”, – deyə İrakli Qaribaşvili bildirib.

Gürcüstanda Novruz
Foto Apa.az saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx