Həbsdə olan sabiq deputat vəfat edib

Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov vəfat edib. Bu haqda sentyabrın 30-da APA məlumat verib.

Bir neçə gün əvvəl COVID-19-a yoluxan Rafael Cəbrayılov müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Deputat dələduzluqda ittiham olunmuşdur və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir.

İş üzrə toplanmış sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Həbsdə olan sabiq deputat vəfat edib”

Tövsiyə xəbərlər