TÖVSİYƏ XƏBƏRLƏR

Həbsxanaya süngərin içərisində narkotik keçirilməsi cəhdinin qarşısı alınıb

11 saylı cəzaçəkmə müəssisəsinə Göygöl şəhər sakininin narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu haqda APA fevralın 5-də xəbər paylaşıb.

Məlumata əsasən, 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkuma gətirilmiş sovqata baxış keçirilib. Orada olan hamam süngərinin içərisində gizlədilmiş 10 qramdan artıq heroin və 3 qrama yaxın metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma davam edir.