Sentyabrın 27-də Abşeron rayonunda obyektdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən saxta jurnalist saxlanılıb. Bu haqda DİN məlumat verib.
Saxta jurnalist obyektin sahibindən 500 manat alan zaman saxlanılıb və Mehdiabad Polis Bölməsinə gətirilib.
Onun üzərində aparılan axtarış zamanı əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.