“Bakıda silahı yerə qoyan Qarabağdakı erməni hərbi dəstələrinin mümkün amnistiya məsələsi nəzərdən keçirilir”.
Bunu 22 sentyabr tarixində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Reuters agentliyinə bildirib.
“Azərbaycan silahlarını təhvil verən Qarabağdakı erməni hərbi dəstələrinin üzvlərinə mümkün amnistiya məsələsini nəzərdən keçirir, baxmayaraq ki, bəzi dəstələr müqavimət göstərməyə davam edəcəklərini bildiriblər”, – deyə o qeyd edib.