TÖVSİYƏ XƏBƏRLƏR

H.Hacıyev: “Qarabağ bölgəsinin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”

“Əhalinin sayına və ərazinin böyüklüyünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 23 sentyabr tarixində “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.

“Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir”, – deyə H.Hacıyev bildirib.