TÖVSİYƏ XƏBƏRLƏR

H.Hacıyevdən B.Menendezə cavab: “Azərbaycanlılara qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə xələl gətirir”

“Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Utancvericidir!”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 13 sentyabr tarixində “X” hesabında ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.

“Ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, konqresmen Menendez ABŞ Senatının Xarici əlaqələr komitəsinə yalan məlumat və saxta şəkillərlə yalan danışır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu aşkar yalandan istifadə etməkdən utanırlar”, – paylaşımda qeyd edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx