Həkim vaksinlə bağlı bir neçə məqamlara aydınlıq gətirib

Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev sentyabrın 1-də “COVID-19-un ev şəraitində müalicəsi” mövzusunda çıxışında vaksin ilə bağlı suallara cavab verib.

Həkim peyvənddən sonra duş qəbul etməməklə bağlı fikirlərə aydınlıq gətirib. Onun sözlərinə görə, vaksindən sonra duş qəbul etmək olar.

Terapevt bildirib ki, vaksindən sonra qızdırma, qolda ağrı, yorğunluq və nəfəs darlığı 24 saat davam edərsə həkimə müraciət edilməsi tövsiyə olunur.

“Peyvənd vurduranlar koronavirusa yoluxur. Əvvəldən qeyd edilib ki, vaksin xəstəlikdən 100% qorumayacaq. Lakin hazırda reanimasiyada yatan şəxslərin 95%-i vaksinasiya olunmayıb”, – deyə Zakir Quliyev bildirib.

Son sutkada ölkədə koronavirus əleyhinə 116709 vaksin vurulub. Azərbaycanda ümumilikdə tam vaksinasiya olunanların sayı 2 milyon yarımı ötüb.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Həkim vaksinlə bağlı bir neçə məqamlara aydınlıq gətirib”

Tövsiyə xəbərlər