Dövlət Sərhəd Xidmətinin hərbçilərini qətlə yetirən şəxs yanvarın 3-də saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndində saxlanılıb.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
***
09:31
Yanvarın 2-də saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 hərbi qulluqçu öldürülüb. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.
Məlumata əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli xidməti silahından atəş açaraq baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu öldürüb. Daha sonra isə o, silahını ataraq hadisə yerindən qaçıb.
İnsidentin səbəbi məlum deyil. Hazırda Elxan Əvəzlinin axtarış işləri davam edir.
Faktla bağlı cinayət işi başlanılıb.