TÖVSİYƏ XƏBƏRLƏR

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək

Azərbaycanda hərbi qulluqçular ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinədən keçiriləcək. Bu haqda aprelin 5-də Report məlumat yayıb.

Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.