Həbsdə olan əmisi oğluna narkotik keçirmək istəyən şəxs saxlanılıb. Bu barədə 17 mart tarixində Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat verib.
Bildirilib ki, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq Təcridxanasına psixotrop maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilən şəxsin əmisi oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan bişirilmiş toyuq ətinin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,320 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.