15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə noyabrın 16-da Penitensiar xidmətdən məlumat verilib.
Belə ki, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən və hazırda Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Hacıgözəl Ağagülovla qısamüddətli görüşə gələn qardaşı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan gödəkçənin yan cibində 1 ədəd “Samsung Duos” markalı mobil telefon aparatı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.