yol qəzası

Hacıqabul: yol qəzası nəticəsində 12 nəfər xəsarət alıb

Oktyabrın 2-də Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonundan keçən hissəsində yol qəzası olub. Nəticədə 12 nəfər sərnişin yaralanıb.

Qəza sərnişin avtobusunun asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşması nəticəsində baş verib.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Qəza səbəbindən Bakı-Qazax magistralının 116-cı kilometrində sıxlıq qeydə alınıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Hacıqabul: yol qəzası nəticəsində 12 nəfər xəsarət alıb”

Tövsiyə xəbərlər