Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 7 sentyabr tarixində APA məlumat verib.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Naməlum avtomobil 2001-ci il təvəllüdlü Hacıqabul sakini Ələkbərov Röyal Abuzər oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.