TÖVSİYƏ XƏBƏRLƏR

Hacıqabulda evdə yanğın baş verib

Hacıqabulda evdə yanğın baş verib. Bu barədə İnsanoid 13 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə rayonun Navahı qəsəbəsində qeydə alınıb. Ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin zirzəmisində 20 m² sahədə yığılan yun və taxta tullantıları yanıb, yüksək temperaturdan zirzəminin tavanının taxta atmaları qarsalanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx