Hacıqabulda eyni gündə iki əmioğlu ölüb. Bu barədə 7 sentyabr tarixində APA xəbər verib.
Bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 23 yaşlı Şərəfxan Ələkbərov özünü Ağacanlı kəndində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.
Onun əmisi oğlu, 22 yaşlı Röyal Ələkbərovu avtomobil vuraraq öldürüb. Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Hər iki faktla bağlı araşdırma aparılır.