Hacıqabul rayonunda sursat aşkarlanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 6 noyabr tarixində məlumat verir.
Hacıqabul Rayon Polis Şöbəsinə rayonun məişət tullantıları atılan ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər. Ərazidə olan sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq, aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Sursatların tapıldığı yerin ətrafında əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.